main-post-cover

    Marsda suyun yaranması barəsində yeni nəzəriyyə

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Keçən il NASA mütəxəssisləri keçən il uzaq keçmişdə Marsda suyun var olduğu haqqında sübutlar təqdim etmişdilər. Lakin suyun Marsda necə yarandığı mübahisəli sualdır. Bir neçə vaxt bundan öncə bu barədə yeni nəzəriyyə irəli sürülmüşdür. Bir çox göstəricilərə əsasən Mars Yer kürəsinə bənzəyir. Məhz bu baxımdan alimlər güman edirdilər ki, onun səthində su mövcuddur. 2015-ci ilin sentyabr ayında Mars Reconnaissance Orbiter aparatı vasitəsilə alınmış fotoların müşahidəsi əsasında qənaətə gəlinmişdi ki, ilin isti vaxtlarında planetin səthində əmələ gələn və görünüşcə duz qalıqlarına bənzəyən qara zolaqlar periodik olaraq həmin yerlərdə suyun maye halda əmələ gəlməsinin nəticələridir. 3.5-3.8 milyard il bundan öncə Marsın səthində okeanın var olması nəzəriyyəsinə artıq heç bir şüphə qalmır. Buna baxmayaraq alimlər suyun necə yaranması məsələsində ortaq bir nıəticəyə gələ bilməyiblər. Fikirlərdən biri ona əsaslanır ki, vaxtı ilə Mars vulkanlarının aktivliyi nəticəsində oun səthi hidrogendən və karbon 4-oksiddən ibarət sıx örtüklə əhatə olunmuşdu. Bu səbəbdən planetin səthindəki temperatur və nəmişlik indikindən qat-qat çox idi. Beləliklə su orda maye halında qala bilərdi. Bundan əlavə güman olunur ki, Marsdakı okeanlar şimali yarımkürəni tamamilə bürümüş buzlaqların tədricən əriməsi nəticəsində yarana bilərdi. NASA-nın yeni versiyasına əsasən Mars heç zaman okeanlardan ibarət bir planet olmayıb. Belə ki, onun atmosfer qatı suyu maye halında saxlamaq üçün yetərincə sıx deyil. Marsın okeanı dərin olmayıb. Onun dərin olmaması üçün isə suyun tam olaraq maye şəklində olmaması lazımdır. Çox güman ki, planetdəki buzlaqlar donmuş vəziyyətdə olublar. Az miqdarda suyun olması isə uzaq keçmişdə planetin səthinə düşmüş asteroidlərin həmin buzlaqlara təsiri olub. Bu cür nəzəriyyəni reaktiv hərəkətlər labaratoriyasının astrofiziki Timothy Parker təqdim edib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər