"MasterCard", barmaq izi skanına sahib bank kartı yaratdı

232

Məşhur ödəniş sistemi olan "MasterCard”, yeni bank kartı yaradıb.

Yaradılmış yeni bank kartının əsas özəlliyi isə ondan ibarətdir ki, həmin kart ilə edilmiş əməliyyatlar, barmaq izi ilə təsdiq olunur. Barmaq izi skanına sahib bank kartı hələki test rejimində CAR-da (Cənubi Afrika Respublikası) çalışır. Lakin 1 il ərzində bütün dünyada aktiv olacaq. Artıq istənilən yerdə bank kartı ilə alış-veriş edərkən xüsusi pin-kodu daxil etməyə ehtiyac yoxdur. Sadəcə olaraq baş barmağı, kartın əsas hissəsində yerləşən kiçik barmaq izi skanına toxundurmaq kifayət edəcək. Mühəndislərin fikrincə identifikasiyanın bu cür üsulu, mütəmadi baş verən fırıldaqçılıq hadisələrinin qarşısını alacaq. Müştərinin barmaq izi, bankdan kartı alan zaman, həmin kartda yerləşən xüsusi çipə yazılır. Bununla da alış-veriş edərkən əməliyyatın təsdiqlənməsi həmin anda baş verir. Beləliklə əvvəlki üsullardakı kimi bankdan təsdiqləməni gözləməyə ehtiyac qalmır. Bir bank kartına iki barmaq izi yazmaq olar. Lakin hər iki barmaq izi, kart sahibinə məxsus olmalıdır. Barmaq izi skanına sahib bank kartı hələki Cənubi Afrikada test rejimində çalışır. Önümüzdəki bir neçə ay ərzində şirkət bu kartları Avropada və Asiyada, 1 il ərzində isə bütün dünyada aktivləşdirməyi planlaşdırır.