McAfee antivirisunun yaradıcısı dünyanın ən təhlükəsiz smartfonunu təqdim etdi
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Məşhur McAfee antivirusunun yaradıcısı John McAfee özünün təhlükəsiz smartfonunun prototipini təqdim edib.
Yeni smartfon, John McAfee Privacy Phone adlanır və dünyanın
ən təhlükəsiz mobil cihazı adına namizəddir. John McAfee, yeni mobil cihaz
haqqında bəzi məlumatları da verib. Onun sözlərinə görə bu, dünyadakı ilk
qeyri-rəsmi və indiyənə kimi istehsal olunmuş bu cür cihazlar arasında hackerlərdən ən
yaxşı qorunan smartfondur. Android əməliyyat sistemi ilə çalışan bu mobil cihaz,
"MGT” şirkəti ilə birlikdə hazırlanır. Qeyd etmək lazımdır ki, bu şirkət,
kibertəhlükəsizlik üzrə fəaliyyət göstərir. Sözügedən ən təhlükəsiz cihaz,
alıcıya 1100 dollara başa gələcək. Smartfon, onda batareyanı, Wi-Fi və
Bluetooth şəbəkəsini, geolokasiyanı, kamera və mikrofonu deaktiv etmək üçün
ayrıca fiziki düymələrə sahibdir. John McAfee-nin sözlərinə görə onun yeni
smartfonu, Blackphone-nu və digər təhlükəsiz mobil cihazları bir neçə il öncəyə
qabaqlayacaq. Bu smartfonun ikinci nəsli üzərində işlərə artıq start verilib.
O, 2018-ci ilin yay fəslində satışa çıxacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)