main-post-cover

    Medium’un rəsmi Azərbaycan səhifəsində necə məqalə yazmaq olar?

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Bildiyiniz kimi Medium platformu hər il böyüyərək inkişafına davam edir. Burada insanlar öz hekayələrini bölüşür və oxucularından geri dönüşlər alırlar. Medium’un "localization” komandası sayəsində rus, türk, italyan, fransız, alman, finland, isveç və digər dillər üzrə xidmət göstərən xüsusi səhifələr yaradılmışdır. Bu səhifələrin əsas məqsədi digər ölkələrdə də Medium istifadəçilərinin sayını artırmaq və maraq oyatmaqdır. Artıq ölkəmizin də bu siyahıya əlavə olunduğunu bildirmək istərdik. 2015-ci il, fevral ayının 20-si Rüfət Məmmədli  tərəfindən "Medium Azərbaycan” açılmış və hamının istifadəsinə verilmişdir.
    Əgər bu səhifənin rəsmi olub-olmamasını təsdiqləmək istərsəniz, Medium-un öz səhifəsində paylaşılmış dillərin siyahısına nəzər yetirə bilərsiniz. Hazırda səhifədə fərqli sahələrdən yazılmış maraqlı hekayələr mövcuddur. Əgər siz də burada yazar olub, yazılarınızın paylaşılmasını istəyirsinizsə "Medium Azərbaycan”-nın facebook səhifəsinə və ya rufatmdl@gmail.com e-mail adresinə "Medium ID” ünvanınız və yazılarınızdan bir neçə nümunələr ilə birlikdə göndərin. Onu da bildirmək istərdik ki, Medium rəsmiləri növbəti illərdə yazılan hekayələrdən qazanc əldə edilə biləcəyi barədə açıqlama vermişdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər