Meizu M5S-in foto və texniki göstəriciləri anonsundan öncə sızdırıldı

170

Meizu M5S smartfonunun fotoları Çinin TENAA adlı sertifikatlaşdırma saytında aşkar edilib.

Xarici görünüşcə yeni cihaz, Meizu M5-ə oxşasa da ondan fərqli olaraq metal korpusa sahib olacaq. Bu xüsusiyyətindən başqa onu Meizu M5-dən fərqləndirmək olmayacaq. Görünür "Meizu” dizaynerləri təcrübə aparmağı bacarmırlar. Yenilənmiş model, köhnəsindən 3 funksiya ilə fərqlənəcək. Belə ki, Meizu M5S, 5.2 inç ekran, 8 nüvəli və 1.3 GHz tezlikli prosessor (növü hələki məlum deyil), 2/3/4 GB RAM, 16/32/64 GB daxili yaddaş, 2930 mAh enerji tutumlu batareya təchiz olunacaq. Smartfon 13 MP-lik arxa və 5 MP-lik ön kameraya sahib olacaq. Cihaz Android 6.0 əməliyyat sistemi vasitəslə çalışacaq. Meizu M5S-in qiyməti bilinməsə də, texniki göstəricilərindən belə qənaətə gəlmək olar ki, smartfon büdcəli olacaq. Çox güman ki, o, Çin bazarından başqa digər bazarlarda da satışa çıxacaq.