main-post-cover

    Meizu M5s rəsmi olaraq təqdim olundu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Gözlənildiyi kimi "Meizu” şirkəti öz yeni və büdcəli smartfonu Meizu M5s-i təqdim etdi.

    Qeyd etmək lazımdır ki, yeni smartfon, keçən il satışa çıxmış M3s-in davamçısıdır. Yeni smartfon 5.2 inç HD ekran (2.5D qoruyucu şüşəli), 8 nüvəli MediaTek MT6753 prosessoru, 3 GB RAM, 16/32 GB daxili yaddaş (microSD özəllikli), 3000 mAh enerji tutumlu batareya (mCharge 18w sürətli şarj funksiyalı) ilə təchiz olunub. Kameralara gəldikdə isə smartfon, faza avtofokuslu və ikirəngli işıqlandırma sisteminə sahib 13 MP-lik arxa kamera və 5 MP-lik ön kameraya sahibdir. Meizu M5s, Android 7.0 əməliyyat sistemi vasitəsilə çalışır. Bundan əlavə olaraq smartfon, metal korpusa və barmaq izi skanına sahibdir. Sözügedən smartfon bu ayın sonunda Çində, daha sonra digər bazarlarda satışa çıxacaq. Onun 16 GB daxili yaddaş versiyası 116$, 32 GB daxili yaddaş versiyası isə 145$ qiymətinə satılacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər