"Meizu" şirkəti rəsmi olaraq Meizu M5 Note-u təqdim etdi

341

"Meizu” şirkəti Pekində keçirtdiyi tədbir çərçivəsində Meizu M5 Note-u təqdim etdi.

Beləliklə yeni fablet bazardaMeizu M3-ü əvəz edəcək. Yeni smartfonun korpusu metaldan hazırlanıb. Korpusun kənarlarında bu dəfə plastik çərçivələr yoxdur. Korpusun metalı daha qalın olduğundan Meizu M5 Note daha güvənlir bir təsir bağışlayır. Prosessor daha dərin optimizasiyadan keçərək smartfonun performansını yüksəltmiş, enerji sərfiyyatını isə azaltmışdır. Digər yenilənmələr siyahısında hibrid avtofokuslu yeni arxa kameradır. Beləliklə çəkilmiş fotolar Meizu M3 Note-dakı kamera performansından daha yüksəkdir. Yeni smartfonun əsas texniki göstəriciləri isə aşağıdakı kimidir.

5.5 inç IPS Full HD ekran

8 nüvəli MediaTek Helio P10 prosessoru

3/4 GB RAM və 16/32/64 GB daxili yaddaş

13 MP arxa və 5 MP ön kamera

Sürətli enerji yığma özəllikli 4000 mAh enerji tutulu batareya

Android 6.0 əməliyyat sistemi və barmaq izi skanı

3 GB RAM-a və 16 GB daxili yaddaşa sahib model 140$-a, 3 GB RAM-a və 32 GB daxili yaddaşa sahib model 157$-a, 4 GB RAM-a və 64 GB daxili yaddaşa sahib model isə 189$-a satılacaq.