“Meizu” yeni telefon modeli Meizu Pro 6 Plus-ı təqdim etdi

100

"Meizu” yeni telefon modeli Meizu Pro 6 Plus-ı təqdim etdi.

Bu ilin əvvəlində təqdim olunan və bundan bir əvvəlki model olan Pro 6-dan çox daha güclü xarakteristikalara sahib olan Meizu Pro 6 Plus, daha böyük və kəskin ekrana, yeni prosessora, daha uzun ömürlü batareyaya və s. malikdir.

Aşağıda yeni model haqqında əsas xüsusiyyətləri görə bilərsiniz:

5.7-inç 2560x1440 OLED ekran

Samsung Exynos 8890 prosessor (Galaxy S7-də də eynisi istifadə olunmuşdu)

4GB RAM

12-MP f/2.0 arxa kamera, 5-MP ön kamera

3400mAh batareya

7.3mm naziklik

USB-C

Pro 6 Plus həm də ilk dəfə olaraq Flyme 6 ilə işləyəcək olan ilk telefondur. Flyme 6, Meizunun Android telefonları üçün istifadəçi araüzüdür və 400 yeni funksiya ilə təmin olunub. Pro 6 Plus yaxın zamanda Çində satışa buraxılacaq. Dünyanın digər yerlərində satış vaxtları da hələki məlum deyil.