"Meizu"nun 2017-ci ildə təqdim edəcəyi smartfonlar məlum oldu

365

Weibo sosial şəbəkəsində "Meizu” şirkətinin 2017-ci il üçün nəzərdə tutulmuş planlarını əks etdirən foto yayılıb.

Fotodan da göründüyü kimi şirkət gələn il minimum 6 yeni smartfon modelini təqdim edəcək. Gələn ilin Fevral ayında "Meizu, MediaTek MT6753 prosessorlu 5S modelini, İyun ayında MediaTek Helio X30 prosessorlu Meizu Pro 7 modelini, İyul ayında Helio P25 prosessorlu Blue Charm S modelini, Sentyabr ayında MediaTek Helio P30 prosessorlu Meizu MX5 modelini, Oktyabr ayında isə MediaTek Helio P20 prosessorlu Meizu Note 6 fabletini təqdim edəcək. Şirkət gələn ilin sonunu Blue Charm seriyasının daha bir smartfonu ilə yekunlaşdıracaq. Sözügedən sonuncu smartfon siyahıda olanlardan ən qeyri-adisi olacaq. Həmin smartfon Qualcomm Snapdragon 626 prosessoru ilə təchiz olunacaq. Belə ki, hal-hazırda "Meizu”, "Qualcomm” ilə, patent hüquqlarının pozulması səbəbindən məhkəmə prosesində iştirak edir. Bu cəhətdən son smartfonun prosessor növünün məhz"Qualcomm”a aid olması bir qədər qəribədir.