main-post-cover

    Meksikada yerləşən mağaralardan birində qəribə həyat növü aşkar edilib

    07.05.2017
    Farid Pardashunas

    NASA-nın Astrobiologiya İnstitutunun alimləri, Meksikada yerləşən mağarada qəribə həyat növü tapıblar.

    Belə ki, alimlər, selenit kristallarının tərkibində müasir elmə məlum olmayan ekstremal həyat növü aşkar ediblər. Alimlərin yeni kəşfinə 40-a yaxın bakteriya və viruslar daxildir. Onların müasir elmə məlum olan növləri ilə aşkar edilmiş nümayəndələr arasında 10% fərq var. Alimlərin məlumatlarına əsasən aşkar edilmiş bakteriya və viruslar 10-60 min il ərzində izolə olunmuş mühitdə yerləşiblər. Hesablamalara əsasən həmin mağarada yüksək səviyyədə nəmişlik və atmosfer turşuluğu var. Oksigen isə tamamilə yoxdur. Bir çox orqanizmlər bu cür şəraitdə sağ qala bilməzdilər. Lakin aşkar edilmiş orqanizmlər, enerjini, sulfidlərdən, dəmirdən, manqandan və mis oksiddən alırlar. Alimlərin fikrincə bu kəşf, YupiterSaturn-un buzlaqlarında həyatın olma ehtimalını yüksəldir.
    Linki kopyala