drzeka zeka kartları

Məktub göndərməklə necə milyonçu olmaq olar?

08.05.2017 0 PAYLAŞIM 6021 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Adi məktubların göndərilməsi ilə necə milyon dollar qazanmaq olar? Əgər Alyaskada yaşayırsınızsa bunu etmək çox sadədir. Əgər həmçinin nəzərə alınsa ki, siz, Nort Poul adlı şəhərdə yaşayırsınız, onda buna nail olmaq üçün bütün şanslarınız var. 2001-ci ildə sözügedən şəhərin sakini Byron Reese-in ağlına çox maraqlı bir ideya gəldi. Bir çox uşaqlar Yeni il qabağı və Yeni il axşamı nəyi arzulayırlar? Təbii ki, Şaxta babadan təbrik məktubu almaq. Bundan əlavə olaraq belə bir məktubun üzərində Şimal Qütbü də yazılsa, onda bu məktubun saxta olduğuna inanmaq bir qədər çətin olacaq. Beləliklə Byron Reese, sadə bir nağıla olan inancdan pul qazanmaq fikrinə düşdü. Onun ilk işi, internetdə elan yerləşdirmək oldu. Öz övladlarını sevindirmək istəyən valideynlər sadəcə olaraq göstərilmiş elektron ünvana sorğu göndərməli və 9.95$ ödəməli idilər. "Şaxta baba” isə artıq adi poçt servisi vasitəsilə, bəzədilmiş təbrik məktubunu göndərirdi. 2001-ci ilin sonuna kimi Byron Reese, artıq 10.000 sorğu qəbul etmişdi. Ümumi pul köçürmələri isə 100.000$ təşkil etmişdi. O buna bir neçə gün ərzində nail olmuşdu. Təbii ki, Reese və onun köməkçiləri, hər bir sorğunun cavabsız qalmaması üçün böyük əziyyət çəkdilər. Lakin əldə olunan nəticə həmin əziyyətə dəydi.

Növbəti il Reese, bu bizneslə tam ciddi şəkildə məşğul olmağı qərara aldı. Beləliklə o bu iş üçün əlavə köməkçilər yığdı və təbrik məktublarındakı mətni öncədən hazırladı. Hər il Şaxta babadan olan təbrik məktublarına tələbat sürətlə artır. Bu cür sorğuların sayı artıq 100.000-i keçib. Byron Reese isə artıq çoxdan milyonçu hesab edilir. Baxmayaraq ki, ilin sadəcə bir ayını çalışır. Onun dostları və qohumları bildirirlər ki, bayram ərəfəsində onunla əlaqə saxlamaq qeyri-mümkündür. Həmin vaxtlarda onun internet saytında bütün ay boyunca belə bir ismarıc olur. "Mən məşğulam. Elflərə, hədiyyələri yükləməyə kömək edirəm”. Byron Reese-in nail olduğu bu nailiyyət, böyük pulların məhz böyük şəhərlərdə qazanılması fikrini alt-üst edir. Belə ki, Byron Reese-in yaşadığı Nort Poul şəhərində 2000-dən bir qədər çox insan yaşayır. Bu hətta şəhər deyil, böyük bir kənd hesab edilir. Lakin buna baxmayaraq öz məqsədinin ardınca gedən insan üçün bu cür xüsusiyyətlər heçdə sərhəd deyil.