main-post-cover

    Məməlilər haqqında yeni maraqlı nəzəriyyə

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Elm həmişə elə hesab edirdi ki, əvvəllər dinozavrlar Yer kürəsində dominant növ idi. 66 milyon il bundan öncə onların məhv olmasından sonra məməlilər dominant növ rolunda oldular. Lakin yeni araşdırmalar bu hadisənin tam əksini göstərib. Amerikalı və britaniyalı alimlərin yeni araşdırmalarına əsasən məməlilər dinozavrların dövrünün bitməsindən 20 il əvvəl müxtəlif növlərə bölünməyə başlayıblar. "Ənənəvi nöqteyi nəzərdən baxsaq görərik ki, məməlilər o zamanlar Yer kürəsində dominant növ olmuş dinozavrların bir növ kölgəsi altında olublar. Lakin bizim araşdırmalarımız göstərir ki, o vaxtki məməlilər (bir çox müasir məməlilərin əcdadları) dinozavrların məhvindən daha əvvəl aktiv şəkildə yayılmağa başlayıblar” – deyə Çikaqo Universitetinin elmi əməkdaşı David Grossnickle bildirib. Dinozavrların dominant növ nəzəriyyəsi məməlilərin tapılmış sümük qalıqlarına əsasən ortaya çıxmışdır. Alimlərin fikrincə dinozavrlar dövrünə təsadüf edən məməlilərin az sayda olan qalıqları "selektiv məhvolma” səbəbi ilə əlaqəlidir. O zamanlar universal canlılar sağ qalırdı. Belə ki, onların qidalanma prosesində müxtəlif məhsullar olurdu. Pəhriz prosesində olmuş canlılar isə dinozavrlar ilə birlikdə keçmişin səhifələrinə həkk olurdular. Məməlilərin erkən olaraq yayılma səbəbi hələki bilinmir. Yayılmış müxtəlif versiyalardan biri odur ki, çiçəkli bitkilərin yayılması nəticəsində məməlilərin qidalanma prosesi müxtəlif olub. Nəticədə onlar bu cür erkən yayılmışdırlar. Təbii ki, bu sadəcə olaraq bir versiyadır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər