main-post-cover

    Azərbaycanda video əmlak portalı istifadəyə verildi. "mertebe.az" hansı imkanları ilə fəqlənir?

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Son zamanlar tez-tez qarşımıza çıxan elan saytları bazarda artıq biznesə çevrilib. Lakin bu saytların əksəriyyəti istifadəçilərə eyni xidmətləri göstərir. Sadəcə satdığın məhsulun elanını yerləşdir və gözlə. Belə bir şəraitdə digər rəqiblərindən fərqli bir şəkildə bazara girən yeni sayt istifadəyə verilib.
     
    Video Əmlak Portalı olaraq fərqlənən bu sayt "mertebe.az"-dır. Rəqiblərindən fərqli olaraq mənzil və daşınmaz əmlakın satış və alışlarında vasitəçi funksiyasını yerinə yetirən bu saytın üstün cəhəti əmlakın video görüntülərinin saytda yerləşdirilməsidir. Saytın təməl prinsipi standart və şablon elanlardan kənar olaraq professional video görüntülər ilə müştəridə maraq oyatmaqdır. Beləcə, əmlakı almaq istəyən müştəri əmlak haqqında daha geniş məlumat əldə edəcək və ən əsası olduğu yerdən əmlakı detallı görə biləcək. Diqqət çəkən məqamlardan biri də, videoların professional çəkilişidir. Belə ki, siz əmlakı satmaq istəyirsinizsə video çəkiliş üçün "mertebe.az" komandası sizə kömək edə bilər. 

    Video elan xidmətindən istifadə edən sifarişçi, aşağıdakı xidmətləri də əldə etmiş olur:
    1) Professional  çəkiliş + montaj
    2) Saytın əsas səhifəsində elanın bir ay müddətinə yerləşdirilməsi
    3) Facebook səhifəsi üzərindən reklam
    4) İnstagram səhifəsi üzərindən reklam
     
    Saytın göstərdiyi digər xidmətlərdən biri də əmlak axtarışıdır. Əgər vaxtınız məhduddursa və əmlak axtarırsınızsa bu xidməti sifariş etməklə, istəyinizə uyğun olaraq əmlak axtarışını sifariş edə bilərsiniz. Qısa zaman ərzində istəyinizə uyğun əmlak və mənzillər tapılıb sizinlə əlaqə yaradılır.

    Rieltorlar : Saytda rieltorlar üçün limitsiz elan asmaq imkanı yaradılmışdır. Ən çox elan asan rieltorun profili, rieltor bölməsində ilk sıralarda yer alır. Beləki, mülkiyyətçi əmlakını daha yaxşı istəyən rieltora əmanət etmək üçün rieltor bölməsinə daxil olduqda ilk sıralarda yer alan rieltora öz mülkiyyətinin satışını əmanət edəcək. Digər saytlarda isə rieltorlar ödənişsiz yalnız bir neçə elan yerləşdirə bilərlər.

    Daha ətrfalı məlumat və elan yerləşdirmək üçün mertebe.az saytını ziyarət edə bilərsiniz.

    Fərqli bir biznes model əsasında formalaşdırılan bu sayt bazarda yenilik etməklə fərqləndi. Baxaq görək, Azərbaycan bazarı bu yeniliyi necə qarşılayacaq.

    Nümunə Elan:



    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər