Mesajları oxuyub cavab vermək istəməyənlər üçün "Oxunmadı" xüsusiyyətini aktiv etmək üsulları
Sosial Media
07.05.2017
Farid Pardashunas
Bəzən bizə göndərilən mesajlara ya cavab vermək istəmir, ya da sadəcə cavab vermək üçün söz axtararkən qarşı tərəf sizin onun mesajını görüb cavablandırmadığınız üçün "sinir krizi" keçirir. Təbii ki, bu da tərəflər arasında haqlı narazılığa səbəb olur. Hər nə qədər sosial vasitələr işimizi asanlaşdırsa da belə məsələlərə görə də bir çox hallarda problemimiz də az olmur
Bütün bu narahatçılıqdan azad olmağın çox
asan üsulu mövcuddur. Bu yazıda sizi bu problemdən azad edəcək "oxunmadı” xüsusiyyətini
necə aktiv etmək haqda danışacam.
Facebook Messenger
Facebook-un oxundu bildirişini bağlamaq
üçün müəyyən olunmuş bir seçim mövcud olmadığı üçün bir qədər qarmaşıq şeylər tətbiq
etməyiniz lazımdır.
İlk olaraq kompüterdə Chrome istifadə edirsinizsə,burdakı plagini yüklədikdən sonra ünvan işarəsinin sağında çıxan simvola sağ
klik edərək "Block the seen feature of
the chat” seçimini işarətləməyiniz kifayətdir. Təəssüf ki, telefonda Facebook
Messenger üçün bu xüsusiyyəti əngəlləmək mümkün deyil.
iOS Mesajlaşma
iOS üçün bu xüsusiyyəti aktiv hala gətirmək çox
daha asandır. Tənzimləmələrdən Mesajlar menyusuna girərək ordakı "Oxundu
bildirişini göndər” seçiminin işarətli olmadığından əmin olmağınız yetərlidir.
WhatsApp-da asanlıqla bu xüsusiyyəti
bağlayıb mavi işarələrdən can qurtarmağınız olduqca asandır. Tətbiqi açıb sağ
küncdəki üç nöqtəyə, ya da telefonunuzun Menyu seçiminə klik etdikdə Tətbiqlərə
girib ordan Hesab, daha sonra Gizlilik seçərək qarşınıza çıxan seçimlərdə Oxundu bildirişlərinin işarətini
qaldıraraq mavi işarətlənməni aradan qaldıra bilərsiniz.
Belə olan halda mesajları oxusanız belə
oxundu kimi görünməyəcək, amma bizim sizə məsləhətimiz qısaca da olsa qarşı tərəfə
hörmət əlaməti olaraq öz vəziyyətiniz haqda məlumat verməyinizdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)