main-post-cover

    Məşhur anime serial əsasında çəkilmiş "Ghost in the Shell" filminin ilk traileri

    Digər
    07.05.2017
    Farid Pardashunas
    2029-cu il. Gündən günə yayılmış kompüter şəbəkələri və kiber-texnologiyalar vasitəsilə insanlar özlərinə müxtəlif növ neyroimplantlar yerləşdiriblər. Lakin kiber-texnologiyalar özləri ilə birlikdə yeni təhlükə də gətirdilər. Belə ki, hər bir insanın beynini hack etmək mümkün oldu. Bundan istifadə edilərək isə bir çox cinayətlər yetirilməyə başlandı. İndi isə mayor Motoko Kusanagi öz bölməsi ilə birlikdə təhlükəli hackeri yaxalamalıdır. Rejissoru Rupert Sanders-in olduğu filmdə baş rolları Scarlett Johansson, Michael Wincott, Juliette Binoche, Michael Pitt, Takeshi Kitano və digərləri canlandırıblar. Qeyd etmək lazımdır ki, film məşhur anime serial əsasında çəkilib. "Ghost in the Shell”filminin premyerası gələn ilin Mart ayında baş tutacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər