main-post-cover

    Məşhur cihaz və servislər keçən əsrdə yaradılsaydılar hansı görünüşə sahib olardılar?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    İndiki günümüzdə bizim üçün artıq adiləşmiş rəqəmsal cihazlar və funksiyalar texnoloji tərəqqinin 20 və ya 100 il bundan öncəki halında yaradılsaydılar hansı görünüşə sahib olardılar?

    20 -150 il bundan öncəki Instagram
    Rusiyalı dizayner Mixail Petrik Windows 95 üçün nəzərdə tutulmuş Instagram fotoservisinin konsept fotolarını təqdim etmişdir. Günümüzdə ən məşhur fotoservis olan Instagram 800x600 ölçülü ekran və 8-bitlik rəng sxemi olan cihazda məhz bu cür çalışacaqdı. Instagram-ın bu versiyasının istifadəçiləri fotoları yükləyə və onları bəyənə bilərdilər. Bu versiyada hətda animasiya dəstəyi də mövcuddur. IKEA şirkəti hətda Viktorian dövrünün Instagram versiyası üçün satirik reklam da çəkmişdir.
     
    80-ci illərin sonunda iPhone
    Pierre Cerveau adlı konsept dizayner 2007-ci ildə deyil ondan 20 il öncəki iPhone modelini təqdim edib. O vaxtın texnologiyaları sayəsində kiçik kitab ölçüsündəki cihaza ekran yerləşdirməyə imkan verirdi. Lakin bu cür cihazın batareya həcmi kiçik olacağından o uzun müddət çalışa bilməzdi.
    90-cı illərdə Facebook
    90-cı illərdə Facebook kimi sosial şəbəkələrin çalışması üçün hər bir şərait mövcud idi. Bu cür servislər qoşulma sürəti və fotoların keyfiyyəti ilə seçilə bilərdilər. Lakin onlar müasir versiyalar kimi çalışa bilərdi. "SquirellerMonkeyCom” layihəsi 90-cı illərin Facebook sosial şəbəkəsini tanıdan reklam çarxını təqdim edib. Reklam çarxında o illərdə sosial şəbəkənin necə görünəcəyi və onun bəzi funksiyaların necə çalışacağı haqqında təsəvvür əks olunub.
     
    80-ci illərdə Google
    SquirellerMonkeyCom-un daha bir videosu Google axtarış sisteminə həsr olunub. Təqdim olunmuş videoda axtarış sisteminin interfeysi rəngbərəng simvollar ilə təsvir olunub. Həmin simvollar isə öz növbəsində Google-ın start səhifəsinə bənzəyir. Axtarış sorğusunun yazılmasından sonra sistem istifadəçinin başqa sözü nəzərdə tutub tutmadığını ondan soruşur. Axtarış prosesi çox zaman alır və Dial-up vasitəsilə internetə qoşulan zaman gələn səs ilə müşaiyət olunur.
     
    Müasir dövrümüzdə Macintosh
    Bu konsept fotonun müəllifi müasir məhsulu keçmişə deyil, keçmiş məhsulu müasir dövrə keçirdib. 1984-cü ildə Apple şirkəti Steve Jobs-un rəhbərliyi altında ilk Macintosh-u təqdim etmişdir. O vaxt Macintosh qrafik interfeysə və rahat mətn redaktoruna sahib yeganə kompüter idi. Curved layihəsinin dizaynerləri Macintosh-un müasir texnologiyalar sayəsində hazırlanaraq hansı görünüşə sahib ola biləcəyini təqdim ediblər. Konsept fotonun müəllifləri orijinal Macintosh-un ekran və masa üzərində tutduğu yerin sahə ölçülərini olduğu kimi saxlayıblar.

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər