drzeka zeka kartları

Məşhur Dirt yarış oyun seriyasının 4-cü hissəsi anons olundu (VİDEO)

08.05.2017 0 PAYLAŞIM 5721 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

"Codemasters”şirkəti rəsmi olaraq Dirt 4 yarış oyununu anons etdi.

Yeni oyun, keçmiş hisslərin və Dirt Rally oyununun ən yaxşı xüsusiyyətlərini özündə birləşdirəcək və yeni özəllikləri ilə pərəstişkarları sevindirəcək. Məsələn Your Stage funksiyası sayəsində istifadəçilər bir düymənin sayəsində sonsuz sayda yarış yolları yarada biləcəklər. Sistem, sizdən yarış yerini və parametrləri tələb edəcək. Həmin məlumatları daxil edəndən sonra oyun özü avtomatik məlumatları incələyəcək və istədiyiniz yarış yolunu sizə təqdim edəcək. Oyunun əsas hissəsi, singleplayer rejim, ralli məktəbi, müxtəlif oyundaxili tədbirlər, avtomobillər və təkmilləşdirilmiş hava dəyişkənliyi sistemini təklif edəcək. Bundan əlavə, studiya, FIA World Rallycross-nan əməkdaşlıq müqaviləsi imzalayıb. Bu isə o deməkdir ki, yeni oyunda sözügedən çempionatın yarış yolları da olacaq. Həmçinin oyuna yük maşənları və buggy yarışları daxil ediləcək. Dirt 4 bu ilin İyun ayında PS4, Xbox OnePC üçün satışa çıxacaq.




<