Məşhur GIF platforması Giphy-i yenidən 72 milyon dollar investisiya aldı

365

İnternet aləminin ən böyük GIF platformalarından olan Giphy daha əvvəl 55 milyon dollar yatırım almışdı. Amma bu dəfə bu məbləğ daha da artaraq 72 milyon dollar olub. Bu günədək ümumilikdə 151 milyon dollar almağa nail olan Nyu Yorkda yerləşən startapın hal-hazırki dəyəri 600 milyon dollar təşkil edir.

Giphy pulsuz xidmət verən platforma olsa da, onun 80%-lik fəaliyyəti televiziya, film və məhşurların payına düşür. Giphy-nin CEO-su Alex Chungise gələcəkdə bu platformanın reklam yayımı üçün vacib xarakter daşıdığını gizləmir. Amma bu reklamların nə şəkildə təşkil olunacağı və şirkətin gəlir modelinin necə təşkil olunması haqda məlumat verilmir.

Giphy bağlanmaqda olan Vine-nın videolarını ala biləcəyini qısa zaman əvvəl elan etmişdi. Hətta bunun üçün istifadəçilərin Vine-larını GIF-ə çevirmək üçün xüsusi proqram da təklif etmişdi. Bununla Giphy həm Vine istifadəçilərini qazanmış olacaq, həm də Vine videolarını öz platformasında GIF olaraq təqdim edəcəkdi.