Məşhur mesajlaşma platforması "Telegram" özünün yeni bloq platforması "Telegraph"ı təqdim etdi

465

Dünyanın ən təhlükəsiz mesajlaşma tətbiqlərindən biri olan "Telegram”, özünün şəxsi blogging platformasını təqdim edib.

Əgər sizdə Telegramın 100 milyondan artıq olan istifadəçilərindən birisinizsə, onun yeni platforması "Telegraph” da sizin xoşunuza gələ bilər. Bu minimalist anonim (əgər istəsəniz adınızı qeyd edə bilərsiniz) blog platforması, şəkillər, mətnlər, videolar və s. materiallar ilə sizə öz blog postlarınızı paylaşmağa şərait yaradacaq.

"Telegraph”ı maraqlı edən cəhəti isə burada qısa qeydlər və ya anonim materiallar paylaşa bilməyinizdir. Telegraph platformasına daxil olduğumuzda isə bizi 0 dizaynlı bir sayt qarşıladı. Sadəcə blog postunuzun başlığını, adınızı (vacib deyil) və məzmununu daxil etməyiniz istənilir. Daha sonra isə yayımla (publish) düyməsinə klikləyərək blog postunuzu paylaşmış olursunuz. Qətiyyən dizayn üstünlüyü olmadığından nə üçün minimalist deyildiyini anlamış oluruq.

 

 

Telegraph postlarınızı istənilən şəxslə linkini paylaşaraq bölüşə bilərsiniz lakin bu yazılan Telegramın Sürətli Baxış funksiyası üçün optimizasiya olunduğundan digər sosial şəbəkələrdə sadəcə link kimi də görünə bilər.

Sürətli Baxış funksiyası Telegram tətbiqində paylaşılan blog yazılarındakı şəkili, qısa məlumatı əks etdirir, Facebook Instant Articles və ya Google AMP kimi paylaşılan yazını tətbiqin daxilində göstərir yəni, brauzerə yönləndirmir.

Bu platformanın gördüyümüz üstünlüyü isə bundan ibarətdir ki, postu paylaşan istifadəçinin heç bir məlumatını əks etdirməyə və hesab yaratmağa ehtiyacı olmur. Təbii ki burada paylaşılacaq postların nələr ola biləcəyi sərhədsiz bir ehtimaldır amma düşünürük ki, Telegram bu postları nəzarət altında saxlaya və qanunsuz materiallara nəzarət edə bilər.

Telegramın daxilindəki bot sistemləri, daxili oyun sistemi və s. kimi funksiyaları onu digər bənzər mesajlaşma tətbiqlərindən çox fərqləndirir və bu açıq-aşkar üstünlükdür.