main-post-cover

    Məşhur musiqi portalı "Spotify", "SoundCloud"u alır

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bir çoxlarının sevə-sevə istifadə etdiyi musiqi xidmətlərindən olan Spotify, SoundCloud-u almaq qərarına gəlib

    Dünya miqyasında Apple Music ilə bərabər populyarlığa malik musiqi xidməti "Spotify", musiqi dünyasında xüsusi yerə sahib olan SoundCloud-u almaq qərarına gəlib.
    Bu ilin sentyabr ayı da daxil olmaqla istifadəçi sayı 100 milyon nəfərə çatan Spotify, bunun 40 milyonun premium istifadəçi olduğunu və xidmətdən pullu yararlandığını bildirir. Spotify-ın rəqibi Apple Music-in isə 17 milyon pullu abunəçisi mövcuddur. Bunu nəzərə alan "Spotify", SoundCloud-u almaqla üstünlüyü ələ almaq niyyətindədir.

    Xüsusi ilə podcast dünyasının ən çox maraq görən musiqi portalı olan "SoundCloud", həvəskar musiqilərin də yer aldığı xidmət olaraq tanınır. Satın alındıqdan sonra isə bu xüsusiyyətlərin qalıb-qalmayacağı və ya nə yöndə inkişaf etdiriləcəyi sual altındadır.
    Bir digər tərəfdən "SoundCloud"un böyüməsi və "Spotify"ın bu birlikdən nələr qazanacağını gələcək göstərəcək. Əməkdaşlıq baş tutarsa, "Spotify" çox böyük üstünlük əldə etmiş ola bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər