main-post-cover

    Məşhur porno saytı Pornhub, “Vine”ı satın almaq istəyir

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Hamımızın bildiyi kimi "Twitter", bir neçə aya Vine-ı bağlamağı düşünür. Vine üçün verilən ilk təklif isə heç gözlənilməyən bir yerdən gəldi.

    6 saniyəlik video paylaşım tətbiqi Vine, bugünə qədər yüzlərlə Vine fenomeni çıxartmış olsa da artıq məşhurluğunu itirib. Snapchat, Instagram kimi platformaların da eyni xüsusiyyətləri təklif etməsi tətbiqin məşhurluğunu bir xeyli azaldıb.
    Vine üçün təklif verən şirkət isə maraqlı olsa da Pornhub oldu. Koriy Prays, "Twitter"in CEO-su Cek Dorseyə yolladığı mesajda, Vine-ın öz xidmətləri üçün çox uyğun bir tətbiq olduğunu bildirdi. Praysa görə 6 saniyəlik erotik məzmunlu videolar, saytları üçün son dərəcə işэyarar ola bilər. Hətta bir çox insan üçün 6 saniyəlik videoların kifayət edəcəyini də mesajına əlavə edib.
    Əlbəttə o, "Twitter" CEO-sundan hər-hansı bir müsbət cavab ala bilməyib. Praysın təklifinə müsbət bir cavab gəlsə nə olacağı isə ayrı bir mövzu olaraq diqqətləri çəkir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər