main-post-cover

    Məşhur Türk YouTuber-ların Instagram Hesabları Oğurlandı!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Aralarında Orkun Işıtmak, Burak Oyunda, Enes Batur kimi adların da olduğu bir qrup məşhur YouTuberların Instagram hesabları hack edildi.

    Bir nəfərinmi yoxsa bir qruplaşmanın mı etdiyi bilinməyən, iri çaplı bir hack hadisəsi yaşandı. Yüz minlərlə, hətta milyonlarla izləyicisi olan Türk YouTuberların Instagram hesabları oğurlandı. Oğurlanan hesabların "haqqında” bölməsinə də "Ducky.Official” yazıldı.

    Hesablarını qaytarmaq üçün Facebookla (Instagramın sahibi olduğu üçün birbaşa Facebook ilə əlaqəyə keçiblər) təmasa keçən YouTuberlar, istifadəçi adları dəyişdirildiyi üçün lazımi dəstəyi əldə edə bilməyiblər. Facebook-un Türkiyədə ofisi olmadığı üçün rəsmi bir müraciət də edə bilməyən YouTuberlar, bu səbəbdən hələki gözləməyə keçiblər. Hesabları oğurlanan şəxslərdən (bizim bildiklərimiz) bəziləri bunlardır:
    Orkun Işıtmak
    Burak Oyunda
    Enes Batur
    Berkcan Güven
    Ekin Soyak
    Ağır Mimar
    Murat Engin Ekin

     
    Ruhi Çenet adındakı bir digər məşhur YouTuber isə son anda hesabını xilas edib. Vəziyyətdən xəbərdar olan kimi o, hesabını donduraraq hackerlər tərəfindən ələ keçirilməsinə mane ola bilib.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər