main-post-cover

    Məşhur Uncharted oyun seriyasının filmi gəlir

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Məşhur Unchated oyun seriyasının əsasında film çəkiləcək.

    Bir neçə həftə bundan öncə məlum oldu ki, Unchated oyun seriyasının əsasında çəkiləcək filmin ssenarisi artıq hazırdır. İndi isə filmin təqribi çəkiliş qrafiki bəlli olub. Deməli, çəkilişlərə bu ilin yaz fəslinin sonlarında start veriləcək. Bununla yanaşı çəkiləcək filmin süjet xəttinin qısa özəti internetdə paylaşılıb. Sinopsisə əsasən filmin yaradıcıları tamamilə yeni bir ssenari fikirləşməyərək orijinal oyunun (Unchated: Drake’s Fortune) süjet xəttini filmdə əks etdirəcəklər. "Məşhur dəniz səyyahı Francis Drake-in əcdadı olan Nathan Drake, əfsanəvi  Cənubi Amerika şəhəri Eldorado-nun yerini aşkarladığını güman edir. Əfsanəyə görə tamamilə qızıldan olan bu şəhərin axtarışına rəqib səyyah da qatılandan sonra Nathan-ın işləri bir qədər çətinləşir”. Film barədə daha çox məlumatı çəkilişlərə yaxın müddətdə öyrənmək mümkün olacaq. Filmin çəkilişləri əsasən Kolumbiyada baş tutacaq. Qeyd etmək lazımdır ki, rejissor qismində "Night at the Museum” film seriyası və "Stranger Things” teleserialı kimi layihələri ilə tanınan Shawn Levy çıxış edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər