main-post-cover

    Məşhur Youtuber 49 milyonluq Youtube kanalını bağlamaq niyyətindədir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    İstifadəçilərin yaxından tanıdığı youtuber PewDiePie, kanalını silmək qərarına gəlib. Onun belə etməsinin səbəbi isə hamının diqqətini cəlb edib.

    Youtube-un ən çox izləyici kütləsinə sahib Youtube kanallarından biri bağlana bilər. Əsl adı Felix Kjellberg olan youtuber, sahib olduğu 49 milyondan artıq izləyicisi olan kanalını bağlaya biləcəyi haqda video paylaşıb. Youtuber belə addım atmasının səbəbi olaraq işlərin yolunda getməməsi ilə əlaqələndirib.
    Maraqlıdır, 50 milyona yaxın izləyicisi olan youtuberi narazı salan məqam nədir? Youtuberin bildirdiyinə görə Youtube onun videolarını önə çıxan videolar sırasına almır. Videolar yayımlandıqda 49 milyon izləyicidən sadəcə 2 milyonuna bildiriş gedir. Bu isə videoların izlənmə səviyyəsini aşağı salır.
    Youtube-un dəyişən siyasəti ilə əlaqədar belə addım atdığını bildirən PewDiePie, 50 milyon yaxın abonəsi olduğu kanalını siləcəyini bildirir. Youtube-un bu mövzu ilə münasibəti hər kəsə maraqlıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər