Məşhurların çılpaq fotolarını oğurlamış hackerin aqibəti bəlli oldu

762

ABŞ-ın Pensilvaniya ştatının Lankaster şəhər sakini Ryan Collins iCloud istifadəçilərinə hacker hücumu etdiyinə görə cəzalandırılıb.

Qeyd etmək lazımdır ki, Collins-in bu hücumundan sonra bir çox insanlar Hollywood ulduzlarının çılpaq şəkillərini görmüşdülər. Həmin ulduzlar arasında Kirsten Dunst, Rihanna, Avril Lavigne, Jennifer Lawrence, Kim Kardashian və digərləri var idi. Bu əməlinə görə Collins 18 aylıq həbs cəzasına məhkum edilib. Məhkəmə onun yüzlərlə amerikalı qadının fotolarını oğurladığı barəsində günahkar hesab edib. O, 50 iCloud və 72 Gmail istifadəçisinin şifrələrini əldə etmişdir. Həmin istifadəçilərdən bir çoxu isə məşhurlara aid idi. 2012-ci ilin Noyabr ayından 2014-cü ilin Oktyabr ayına kimi Collins, "Apple” və "Google” adı ilə elektron məktub göndərirdi. Həmin məktubda isə insanların özlərinin istifadəçi adı və şifrələrini göndərmək tələb olunurdu. Əldə edilmiş məlumatları Collins sözügedən servisin istifadəçilərinə daxil olmaq üçün istifadə etmişdir. Beləliklə o, çılpaq fotoları oğurlamağı bacarmışdır. Məşhurların çılpaq fotoları bilinməyən şəxslər tərəfindən 2014-cü ilin Sentyabr ayında internetə yayılmışdır. Prokuror isə Collins-i 5 il azadlıqdan məhrum etməyi tələb etmişdir.