main-post-cover

    Messenger də artıq "Facebook"un reklam qazanc platformalarından birinə çevrildi

    Sosial Media
    07.05.2017
    Orkhan Karimov

    Bir çox mövzuda istifadəçilərə rahatlıq təklif etməsinə baxmayaraq Facebook, reklamlar barəsində daima daha çox və can sıxıcı addımlar atmaqdan da qaçınmır.

    Tez tez istifadəçilərə təklif edilən reklam sistemi üzərində yeniliklər edən və altdan-altdan daha çox reklamlı sistemlər hazırlayan Facebook, indi də bu mövzuda Messenger-ə əl atacaq. 
    Əslində bu yeni bir şey deyil çünki Messenger-ə gələcək reklam sistemi ilə bağlı xəbərlər ilk olaraq bu ilin əvvəlində elan edilib. Dünən isə Facebook, artıq bu sistemi istifadəyə verməyə rəsmi olaraq başladı. Şirkətlərin birbaşa Messenger yolu ilə sizə reklamlar təklif etməsinə şərait yaradacaq sistem, çox gümanki kifayət qədər canınızı sıxacaq.

    Onsuzda - çox güman ki sizin də telefonunuza gəlir - sağdan soldan gələn mənasız reklam mesajları bizi kifayət qədər hirsləndirməyə bəs edir. İndi bir də bunun Messengerdə yaşanacaq olması çox da sevindirici hal deyil.
    Təbii ki reklam məqsədli gələn SMS-lərdə olduğu kimi Messenger-ə gələcək reklamları da istəyinizə uyğun olaraq deaktiv edə bilərsiniz. Lakin minlərlə şirkətin reklamlarından hansı birini deaktiv edəcəksiniz, orası maraqlıdır...
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər