main-post-cover

    "Microsoft", 25 illik Soitaire oyununu Android və iOS-a gətirdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Microsoft” bugün, 25 ildən çoxdur Windows platformasında mövcud olan Solitaire oyun toplusunu iOS və Android versiyalarında təqdim etdi.

    Pulsuz olaraq iOS və Android platformalı telefonlar üçün App Store Play Store-da yerini alan tətbiqin istifadəçisinin çox olacağı gözlənilir. Beləki Microsoft bugünə qədər sadəcə Windows 8 Windows 10 əməliyyat sistemli kompüterlərdə bu oyunun 119 milyon istifadəçisinin olduğunu bildirir və ümid edir ki, iOS və Android platformalardakı oyunun köməkliyi ilə bu rəqəmi daha da artıra biləcək.
    Microsoft Solitaire kolleksiyasının iOS və Android versiyasına Klondike, Spider, FreeCell, Pyramid və Tripeaks oyun növləri daxildir və istifadəçi reytinqi mövcuddur. Microsoft bu oyunu Xbox Live-a inteqrasiya edərək dostlarınızla birlikdə oynamağa və nailiyyətlər qazanmağa şərait yaradır. "Microsoft” həmçinin 1.99$-a "Premium Versiya” təklif edir ki, burada reklamsız oyun keyfi və ikiqat qazanclı gündəlik yarışlar və oyun daxili hədiyyələr əldə etmək şansı tanınır.
    Microsoft tərəfindən "Dünyanın 1 nömrəli Solitaire oyunu” olaraq adlandırılan bu versiyaları uyğun olaraq Android üçün "Play Store”dan, iOS üçün "App Store”dan yükləyə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər