main-post-cover

    "Microsoft" Çinlə bağlı bəzi xəbərlərə filtr tətbiq edir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Bir çox dünya nəhəngləri Çin höküməti ilə əməkdaşlıq etmək istəyir. Bunun isə çox məntiqli tərəfi mövcuddur. Belə ki, bir çox ölkələrdən fərqli olaraq Çin asan işçi qüvvəsinin olduğu və texnoloji vasitələrin ən çox istifadə olunduğu ölkələrdən biridir. Çinlə müəyyən problemlərin ortaya çıxması çoxlu sayda istifadəçinin əldən çıxması anlamına gəlir. Bunu nəzərə alan Microsoft, Çin hökümətini narahat edən bəzi mövzularda senzura tətbiq edir. Bu işi Microsoft-un chatbox-u Xiaoice yerinə yetirməkdədir. Bu haqda məlumatı CNNMoney Chine Digital Times agentlikləri paylaşıb.
     
    Onların verdiyi məlumata görə Microsoft, Çin dili üçün xüsusi olaraq tərtib etdiyi süni zəka tətbiqini bu istiqamətdə hazırlayıb. Belə olan halda chatbox bəzi məlumatları verməkdə boyun qaçırır. Belə məlumatlara 1989-cu ildə baş vermiş Tiananmen Meydanı qətliamı, Steamed Bun Xi kimi mövzular öz əksini tapıb.
    Təəssüf ki, Microsoft dünən yer alan xəbərləri təstiqləyərək bəzi xəbərləri filtrə edərək qeydə aldığını etiraf edib. Microsoft-un mətbuat katibi mövzu ilə öz münasibətini bildirib. Microsoft, hansı başlıqlı xəbərlərə filtrə qoyduğunu açıqlamasa da bir sıra siyasi mövzularda filtrləmə rejimi tətbiq olunur. Hətta buna xəbər başlığı Donald Trump olan məlumatlar da aiddir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər