main-post-cover

    Microsoft ödənişsiz One Drive həcmini 5GB\'a endirir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Nəhəng firmalardan biri olan Microsoft, 2015-ci ilin noyabr ayında ciddi reaksiyalar alan bir addım ataraq One Drive yaddaş həcmini 15GB’dan 5GB’a endirmiş və eyni zamanda 15GB’lıq kamera arxir (Foto və videolar üçün) hədiyyəsini də ləğv edilən paketlər arasına daxil etmişdi.

    Daha sonra bu addımı geri çəkən və xüsusi səhifə hazırlayaraq insanların 15GB’lıq ödənişsiz yaddaş sahəsinin qorunmasına şərait yaradan Microsoft, indi gələn xəbərlərə görə ödənişsiz yaddaş sahəsini 27 Aprel etibarilə 5GB’a endirəcək. Keçdiyimiz dönəmlərdə Microsoft’un xüsusi səhifəsini ziyarət etməyən köhnə istifadəçilər üçün 27 İyun tarixindən etibarən keçərli olacaq bu proses, istifadəçilərin 5 GB’dan çox materiallarının silinməsilə nəticələnəcək.
    Yeni istifadəçilər isə bundan sonra sadəcə 5 GB yaddaş həcminə malik olacaqlar. Bizim istifadəçilərimizə məsləhətimiz budur ki, vaxt itirmədən, məlumatlarınızı qoruyun.
    Linki kopyala