main-post-cover

    Mıcrosoft Edge iki dəfə hack edildi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    PwnFest 2016 tədbirində hackerlər yenidən öz məharətlərini sərgiləyiblər.

    Müxtəlif məhsulların təhlükəsizliyini təmin etmək üçün keçirilən bu tədbirdə hackerlər müəyyən olunmuş məhsulu hack edirlər. Beləliklə bu dəfə "Microsoft”un Edge brauzeri iki dəfə fərqli komandalar tərəfindən hack olunub. "Technote.az”ın "4Pda.ru”a istinadən verdiyi xəbərə əsasən sındırılma zamanı Red Stone 1 yenilənməli Windows 10-un 64-bitlik versiyası istifadə olunurdu. Sınağın öhdəsindən ilk olaraq "Qihoo 360” şirkətinin təhlükəsizlik üzrə çinli mütəxəssisləri gəliblər, 18 saniyədən sonra isə Cənubi Koreya sakini Jung Hun Lee işin öhdəsindən gəlib. Hər iki komanda "Microsoft” tərəfindən 120.000$ və əlavə olaraq brauzeri sındırmaq üçün istifadə olunmuş kodları şirkətə təqdim etdikləri üçün 20.000$ qazanıblar. Şirkət isə öz növbəsində əldə olunmuş məlumatlar əsasında sistem boşluqlarını aradan qaldıracaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər