main-post-cover

    "Microsoft", "Facebook"u almaq istəyib

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Texnologiyanın ən böyük şirkətlərindən biri olan Microsoft 2010-cu ildə Facebook-u almağa çalışıb.

    2004-cü ildə 4 fevralda qurulan məşhur sosial media saytı Facebook, hal-hazırda 1 milyard 350 milyon istifadəçisi ilə dünyada ən çox istifadə olunan platforma halına gəlib.
    Facebook-un qısa zamanda bu qədər məşhurlaşması da bir çox şirkətlərin diqqətindən kənar qalmayıb. Belə ki, zaman keçdikdə texnologiya nəhəngləri şirkəti almaq istəmiş, amma Mark şirkəti satmaqdan imtina etmişdi. Belə şirkətlərdən biri də "Microsoft" olub.
    Xatırladaq ki, "Yahoo”, "Facebook” hələ 2 yaşında olarkən və sadəcə universitet daxilində fəaliyyət göstərərkən 2006-cı ildə 1 milyard dollarlıq təklif etmiş amma geri çevrilmişdi.

    Microsoft-un keçmiş CEO-su Steve Ballmer, bir televiziya proqramında iştirak edərkən 2010-cu ildə "Facebook”a 24 milyard dollar təklif etdiyini bildirib. "Microsoft”un uzun zaman bu istiqamətdə təkliflər etdiyini amma Mark-ın bunu rədd etdiyini bildirib.
    Hal-hazırda "Facebook” 378 milyard dollar bazar dəyərinə malikdir. Onun CEO-su Mark isə 55.3 milyard dollar ilə dünyanın dördüncü ən zəngin insanıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər