main-post-cover

    Microsoft iOS üçün yeni klaviatura təqdim etdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Microsoft bu gün özünün Windows Phone klaviaturasını iPhone üçün təqdim etdi.

    Yeni iOS sistemində klaviatura sizə hərfləri sıxaraq və ya sürüşdürərək yazmağa imkan verir və ağıllı lüğət sistemi ilə cümlələri avtomatik tamamlaya bilir. Sanki cihazda Windows Phone abu havası yaranır. Microsoft daha əvvəl bu klaviaturaının bir beta prosesində olacağını söyləmişdi, amma artıq App Store'da pulsuz olaraq təqdim olunur.
    Microsoft'un iPhone versiyası Word Flow funksiyasına əlavə xüsusiyyətlər artırılıb ki, onlar Windows Phone cihazlarda aktiv deyil. Belə ki, siz klaviaturanın arxa fonunu öz seçdiyiniz şəkillə bəzəyə bilərsiniz. Həmçinin tək əl rejimi də mövcuddur. Tək əl rejimi ilə siz klaviatura üzərində sürüşmə hərəkəti ilə sözləri yaza bilərsiniz.

    Təəccüblüsü budur ki, bu Microsoft'un iOS üçün yazdığı ilk klaviatura deyil. İstehsalçı daha əvvəl iPhone üçün xüsusi olaraq hub keyboard təqdim etmişdi və bu klaviaturanın dizaynı ilə siz fayllara və əlaqə şəxslərinə sürətli keçid edə bilərsiniz. Microsoft Android və iOS üçün müxtəlif klaviaturalar test edir, hətta fevral ayında Swiftkey'i rəsmi olaraq almışdı.
    Yükləmə üçün link.



    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər