main-post-cover

    "Microsoft", kütləvi işçi ixtisarına başladı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    700 "Microsoft” işçisi daha, qarşıdakı həftədən etibarən işsiz qalacaq.

    ABŞ markali texnologiya nəhəngi "Microsoft”, etdiyi strategiya dəyişikliyi səbəbindən təxmini 3000 adamın işinə son verəcəyini elan etmişdi. Qarşıdakı həftələrdə daha 700 adamın işdən çıxarılmasıyla birlikdə şirkət hədəfinə çatacaq. Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan "Microsoft”, son vaxtlarda pis günlər keçirməsi səbəbi ilə əlaqədar strategiya dəyişikliyinə getdiyini və bu strategiya dəyişikliyi səbəbiylə təxminən 3000 adamın işinə son verəcəyini açıqlamışdı. Bu əhatədə 2000-ə yaxın adamın işinə son verən şirkət, qarşıdakı həftə etibarilə 700 adamın daha işinə son verəcəyini açıqlamışdı.
    Şirkətin belə bir addım atmasıyla birlikdə onun hədəflədiyi işdən çıxartma sayına çatmış olacaq və yeni strategiyasına uyğun olaraq 1600 adam işə götürəcək. Bununla da şirkətin məşğulluq sayında 1400 adama yaxın azalma olacaq. Digər tərəfdən işdən çıxarılan işçilərin mövqeyi və gələcəyinin necə formalaşacağı barədə məlumat yoxdu. Hansı departamentdən işçi gedir, hansı departamentə işçi gəlir? İndiki məlumatlara görə "Microsoft”, mobil bazarda istədiyi uğuru əldə edə bilmədiyi üçün mobil bazardan çəkildi. Buna bağlı olaraq işdən çıxarılmaların çox hissəsi mobil departamentindən olduğu təxmin edilir. Yeni işçilərin isə korporativ istiqamətli işlər və bulud sistemləri üçün götürüldüyü deyilir.
    Linki kopyala