"Microsoft" Lumia seriyasını hansı səbəbdən bağlayır?

545

Lumia seriyasının modellərinin son aylarda qiymətinin aşağı düşməsi internetdə və digər KİV vasitələrində ümumilikdə bu seriyanın istehsalının dayandırılacağı haqqında söhbətlərə səbəb olub.

Bu cür şaiyələrin təsdiqi kimi həmçinin "Microsoft”un internet mağazasından məhsullar arasında Lumia adının silinməsi də olub. Bu barədə həmdə şirkətin, adını bildirmək istəməyən gizli mənbəsindən olan ismarıcdada qeyd edilib. "Technote.az”ın "Gsmarena.com”a istinadən verdiyi xəbərə əsasən ismarıcda qeyd olunub ki, şirkət bu ilin Dekabr ayına kimi Lumia seriyasının istehsalını dayandırmağı və başqa layihə ilə məşqul olmağı planlaşdırır. Bir çoxlarının fikrincə "Microsoft” Lumia seriyasını 2017-ci ildə çıxacaq Surface Phone-a görə bağlamaq istəyir. Belə ki, şirkət Surface Phone üzərində diqqətini cəmləmək istəyir. Lakin bütün bu faktlara baxmayaraq "Microsoft” tərəfindən bu barədə heç bir rəsmi açıqlama hələki gəlməyib. Lumia seriyasının gələcəyi isə hələki bilinmir.