main-post-cover

    "Microsoft", Macbook-dan imtina etmiş alıcılara pul ödəyəcək

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Microsoft” şirkəti yeni trade-in kampaniyasını işə salıb.

    Bu kampaniya çərçivəsində MacBook cihazını şirkətə təqdim etmiş hər bir şəxs Surface kompüterlərinin alışında endirimlər əldə edəcək. Alıcılara MacBook (12 inç-lik), MacBook ProAir modellərini təhvil vermək təklif olunur. "Technote.az"ın "Techcrunch.com"a istinadən verdiyi xəbərə əsasən təhvil verən zaman cihazlar tam işlək vəziyyətdə olmalıdırlar. Onların batareyaları zədəsiz, ekranları isə salamat vəziyyətdə olmalıdır. Həmçinin şarj üçün nəzərdə tutulmuş cihaz və naqili də təhvil vermək lazım gələcək. Bu şərtlərə müvafiq olaraq "Microsoft” yeni Surface Pro noutbooku və ya Surface Pro 4 planşetinin alışına endirim edəcək. Yeni MacBook Pro-nun təhvil verilməsi müqabilində isə şirkət alıcıya 650$-lıq kupon təqdim edəcək. Sözügedən aksiya hələki ABŞ-da təqdim olunub.
     
    Linki kopyala