main-post-cover

    Microsoft Office 365 üçün yeni funksiyalar gəlir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Microsoft şirkəti Office 365 tətbiq seriyası üçün yeni funksiyaları özündə birləşdirən yenilənməni təqdim etməyə hazırlaşır. Sözügedən yeni funksiyalar sənədlər ilə işləmək prosesini asanlaşdıracaq. Dəyişikliklər Word, Excel, PowerPoint və elektron cədvəl ilə işləməyə əlavə olunub. Office 365 üçün çıxacaq yenilənmə avtomatlaşdırma təlimi və şirkətin şəbəkə servis texnologiyalarından istifadə edəcək. Məsələn Word-un yeni funksiyası olan "Researcher for Word” istifadəçini maraqlandıran mövzu haqqında istənilən məlumatı kənar tətbiqlərdən (brauzerlər) istifadə etmədən tapmağa imkan verəcək. Məlumatların axtarış mənbələri rolunda online sorğu kitabçaları, ensiklopediyalar, elmi-tədqiqat mərkəzləri, məlumatlar bazası və s. çıxış edəcəklər.
     
    "Editor for Word” adlı daha bir yeni funksiya Microsoft-un avtomatlaşdırma təlimi texnologiyasından istifadə edərək mətndəki orfoqrafiya və qrammatikanı yoxlayacaq. Beləliklə sistem mətndəki səhvləri işarələməkdən əlavə olaraq müəllifə mətnin mənası haqqında məsləhətlər verərək hansı yerdə bu və ya digər sözü düzəltmək yaxud onu başqası ilə əvəz etmək kimi köməklik edəcək. Elektron poçt servisi Outlook-un web versiyası mobil versiyasından Focused Inbox funksiyasını özünə əlavə edib. Gmail-in Priority Inbox funksiyası kimi Focused Inbox da qəbul edilən ismarıcları vacibliyinə görə növlərə ayıracaq. Bundan əlavə olaraq elektron poçt sistemində Twitter-dəki kimi digər insanları qeyd etmək (@ işarəsi vasitəsilə) mümkün olacaq. İsmarıcda adı qeyd olunan şəxsin elektron poçt ünvanı avtomatik olaraq (əgər həmin şəxsin məlumatları elektron kitabçaya daxil edilibsə) "Whom” bölməsinə əlavə olunacaq. İsmarıcda adları qeyd olunmuş şəxslər göy rəng ilə, qəbul olunmuş bölməsinə göndərilən ismarıclar isə bayraq işarəsi ilə işarələnəcək.
     
    PowerPoint prezentasiyaları artıq darıxdırıcı olmayacaqlar. "Zoom” adlı yeni funksiya slaydlar arasındakı keçidi daha səlis və dinamik edəcək. Bundan əlavə olaraq digər dəbli effektlər əlavə olunacaq. Misal olaraq aşağıdakı videoya baxa bilərsiniz. Office 365 Insiders proqramının istifadəçiləri üçün yeniliklər bu ay aktiv olacaq. Qalan istifadəçilər isə beta-testin bitməyini gözləməli olacaqlar.

     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər