Microsoft Office-i əvəz edən 3 alternativ pulsuz online servis

140
Office 365, "Microsoft” şirkətinin ofis paketlərinin təkamülünün yüksək nöqtəsidir. Belə ki, o, kompüter sistem təminatını və rahat online servisləri özündə birləşdirir. Sözügedən ofis paketi, Microsoft Word sənədi yarada, OneDrive ilə sinxronlaşdıra və daha sonra onu istənilən brauzer vasitəsilə Word Online-da aça bilir. Bir söznən o əvəzedilməz bir paketdir. Bunu başa düşən "Microsoft” paketin qiymətini qaldırır. Təbii ki, bir paketin illik lisenziyası üçün külli miqdarda pul ödəməyi heç kim istəmir. Lakin onun pirat versiyasını işlətməyi də heç kim istəmir. Yaxşı xəbər ondan ibarətdir ki, Office 365, internet vasitəsilə sənədlər üzərində işləməyin yeganə üsulu deyil. Sizlərə bu sahədə 3 ən yaxşı pulsuz online alternativ təqdim edirik.

Google Docs

Office Online ilə Google Docs-u müqayisə edəndə "Google” şirkəti qalib çıxır. Belə ki, Google Docs-da faydalı imkanlar daha çoxdur. Məsələn Google Docs-da səsli mətn əlavə etmək xüsusiyyəti var. Şablonlar vasitəsilə Google Docs-da referat və müxtəlif təcrübələrin yazılması çox rahatdır. Lakin Google Sheets-də Explore funksiyasına baxmayaraq Microsoft Excel, cədvəl dünyasının lider tətbiqidir. SlidesPowerPoint isə demək olar ki, imkanlarına görə eynidir və hər ikisində sənəd hazırlamaq eyni dərəcədə rahatdır. Beləliklə əgər siz tez-tez qəliz cədvəllər tərtib etmirsinzsə onda "Google” şirkətinin tətbiqinə keçid barədə fikirləşə bilərsiniz. Bir mənfi cəhət isə ondan ibarətdir ki, tətbiq offline rejimdə ideal işləmir. Təbii ki, Google Drive yükləyərək internetsiz bütün redaktorlardan istifadə etmək olar. Lakin onlar əsasən şəbəkə üzərində iş üçün nəzərdə tutulublar. Google Drive isə faylları öz ənənəvi Google formatlarında yaddaşda saxlayır.

Zoho Office

Zoho, bütün online redaktorlardan ən təkmilləşdirilmiş interfeysə sahib olanıdır. Bu şirkət artıq çoxdan mövcuddur və onun komandasında "Microsoft”, "Google” kimi şirkətlərdən çıxmış insanlar var. Təəccüblü deyil ki, şirkət ən optimallaşdırılmış məhsullardan birini hazırlayır. Tətbiqlərin son versiyaları sözün əsl mənasında təəccübləndirir. Zoho Writer, Google Docs və Word Online-dan heçdə pis deyil. Hətta bəzi imkanlarına görə onlardan üstündür. Cədvəllər və prezentasiyalar da istifadəçiyə lazım ola biləcək bir çox funksiyalara sahibdirlər. Zoho Show, PowerPoint-in ən yaxşı pulsuz alternativlərindən biridir. Tətbiq, 25 nəfər adama kimi olan qruplar üçün tamamilə pulsuzdur. Beləliklə bu xüsusiyyət, tətbiqi böyük olmayan ofis, komanda və startaplar üçün əvəzsiz edir. Beləliklə əgər siz "Microsoft”a pul və "Google”a məlumat vasitəsilə ödəniş etmək istəmirsinizsə onda Zoho ən yaxşı variantdır. Həmçinin onun sənəd formatları Office ilə uyğundur.

iWork for iCloud

Siz iPhone istifadə edirsiniz və kompüterinizi Mac-a dəyişmək istəyirsiniz. Lakin bunu formalaşdırmaq heç cür alınmır? Buna baxmayaraq "Apple” şirkətinin proqram təminatı Windows ilə də uyğunlaşa bilir. Laızm olan tək şey AppleID-dir. Lakin qeydiyyat prosesi çətin deyil. Bulud proqram təminatı olan iWork, ilk öncə onun kompüter versiyası ilə sinxron çalışmaq üçün nəzərdə tutulub. Lakin online versiya orijinal versiyadan heçdə geridə qalmır. Nəticədə siz Pages, Numbers funksiyalarından istifadə edərək Steve Jobs kimi KeyNote-da prezentasiyalar hazırlaya bilərsiniz. Office faylları ilə uyğunlaşma yüksək səviyyədədir. Böyük bir mənfi cəhət isə ondan ibarətdir ki, bu tətbiqlər özləri çox baza tiplidir. Əgər siz qəliz hesablamalar və yüksək riyaziyyat üçün cədvəllərdən istifadə edirsinizsə onda digər alternativ versiyalar axtarmalı olacaqsınız.