main-post-cover

    Microsoft One Drive ödənişsiz yaddaş həcmlərini azaltmağa başlayıb

    Elm & Texnologiya
    07.05.2017
    Brilyant Rasulova

    Microsoft keçən il sui-istifadə olunduğunu əsas gətirərək bulud yaddaş servisi olan One Drive’ın ödənişsiz yaddaş həcmini 15 GB’dan 5 GB’a endirəcəyini açıqlamışdı.

    İndi isə bəzi One Drive istifadəçilərinə gələn maillər artıq prosesin başlandığını göstərir. Mövcud ödənişsiz 15’lik yaddaş həcmi Microsoft’un məlumatına görə 13 İyul tarixində başlayan xəbərdarlıqdan sonra 27 İyulda 3 dəfə azaldılaraq 5 GB’a endiriləcək. Son xəbərdarlıq tarixi bitdikdən sonra bütün ödənişsiz One Drive hesabları 5 GB olacaq. İçərisində hələ də 5 GB’dan çox informasiyası olan hesablarda isə istifadəçi onları azaldana qədər upload sistemi işləməyəcək. Yəni yaddaşda artıq yer tutacaq fayllara istənilən an çatmaq olacaq, amma onların üzərinə hər hansı məlumat əlavə etmək mümkün olmayacaq. 1 illik müddətdən sonra isə əgər hələ də fayllar silinməyibsə, onda 5 GB`a enənə qədər bütün fayllar bir dəfəlik silinəcək.

    Microsoft’un bu qərarı nə qədər sərt görünsə də, qeyri qanuni paylaşımların qarşısını almaq üçün çox yaxşı addımdır. Bulud yaddaş servislərinin mövcudluğunu davam etdirməsi üçün onların pul əldə etməsi şərtdir. Əgər sizə 15 GB bəs edəcəksə, onda Google Drive və Yandex Disk kimi bir çox bulud yaddaş servisləri hələ  də ödənişsiz 15 GB’lıq yaddaş xidməti verir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər