main-post-cover

    Microsoft Rəsmi olaraq LinkedIni Satın Aldı, Həm də Çox Yüksək Bir Qiymətə!

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Uzun müddətdir "Microsoft"un satın alacağı danışılan "LinkedIn", 26.2 Milyard Dollarlıq razılaşma ilə rəsmi olaraq "Microsoft"un oldu!

    İş dünyasının ən sağlam sosial mediası sayılan LinkedIn-in uzun müddətdir satılacağına dair bir  çox söhbətlər gedirdi. Son vaxtlarda həddindən artıq adı "Microsoft" ilə birlikdə anılan "LinkedIn", axırki 26.2 milyard dollar kimi olduqca böyük bir məbləğ qarşılığında rəsmi olaraq "Microsoft" damı altına girdi. 
    "Bu, şirkət üçün yeni bir eranın başlanğıcıdır. Artıq daha sürətli bir formada iş dünyasının professionllarının daha sürətli və daha uğurlu  bir formada əlaqə yaratmaqlarına şərait yaradacağıq." deyə açıqlama verən LinkedIn CEO-su Jeff Weiiner, LinkedIn-in üçün hərşeyin daha yaxşı olacağına işarət edir.
    "Microsoft"un CEO-su Satya Nadella isə LinkedIn-i satın alaraq Office 365, Microsoft Dynamics və ERP ilə CRM tətbiqləri üçün daha effektiv həllər yaradacaqlarını bildirir. LinkedIn datalarının Outlook və Office tətbiqləri ilə tam uyğun olacağını dilə gətirən Nadella, Microsoftun iş dünyasındakı məhsulları ilə LinkedIn-i bir-birinə inteqrasiya edərək fərqli bir şeylər etməyi düşünür. 
    Baxaq görək bu yüksək qiymətli satın alma "Microsoft" və "LinkedIn" baxımından nə kimi üstünlüklər qatacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər