main-post-cover

    Microsoft şirkəti ABŞ hökumətini məhkəməyə verib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Microsoft şirkəti Vaşinqton ştatının qərb bölgəsinin federal məhkəməsində iddi açıb. Şirkət ABŞ hökumətinin ölkə konstitusiyasını pozduğunu iddia edib. Microsoft hüquq-mühafizə orqanları tərəfindən istifadəçilərin elektron ünvanlarını və digər şəxsi məlumatları onlardan xəbərsiz yoxlamalarına razı deyil. Şirkətin fikrincə bu cür yoxlamalar fiziki əşyaların yoxlanışı kimi aparılmalıdır. Son 1 il yarım ərzində şirkət istifadəçilərin şəxsi məlumatlarının təqdim olunması barəsində 5624 sorğu almışdır. Bütün bu hallarda dövlət orqanlarının istfadəçilərin şəxsi məlumatlarına göstərdikləri maraq barəsində istifadəçilərin özlərinə məlumat verməyə şirkətin ixtiyarı çatmır. Ən azından müəyyən vaxt ərzində. Lakin elə tələblər də var ki, şirkət istifadəçiləri ümumiyyətlə bu barədə məlumatlandıra bilməz. Qeyd edək ki,  bu ilin fevral ayında Bill Gates ABŞ hökumətinin Apple-dan cinayətkarın iPhone-nu sındırmağı tələbini dəstəkləmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər