"Microsoft" şirkəti, Windows 10 Cloud adlı yeni əməliyyat sistemi üzərində çalışır
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Microsot” şirkəti, yeni əməliyyat sistemi üzərində işlər görür.
Məlumata görə yeni əməliyyat sistemi, Windows Cloud adlanacaq. Yeni əməliyyat
sistemi bir növ Windows RT-nin yenidən ərsəyə gətirilmiş versiyası olacaq. Windows
10 Cloud-un əsas özəlliyi, ona standart Windows tətbiqlərindən başqa kənar tətbiqlərin
yazılmasının qeyri-mümkünlüyü olacaq. Bir qədər köhnə və güclü olmayan
kompüterlərdə Windows 10-da çalışmaq komfortlu deyil. Məhz bu problemi, şirkət,
Windows 10 Cloud-da aradan qaldırmaq niyyətindədir. Windows 10-nun bu cür versiyası,
zərərli tətbiqlərdən və istənilən digər tətbiqlərin yazılmasından tamamilə
qorunacaq. Bununla yanaşı yeni əməliyyat sistemi, müxtəlif parametrli kompüterlərdə
çalışmaq üçün lazımi şəkildə optimizasiyya ediləcək. Məlumata əsasən sözügedən əməliyyat
sistemi, Chrome OS-nən rəqabət aparmaq üçün hazırlanır. Windows 10 Cloud-un bu
ilin Aprel ayında təqdim olunması gözlənilir. Şirkət isə ənənəvi olaraq yeni əməliyyat
sistemi barədə xəbərlərə fikir bildirməkdən imtina edib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)