"Microsoft", Skype Mingo tətbiqini təqdim etdi

141

Google Play-də Skype Mingo adlı tətbiqin alfa versiyası təqdim olunub.

Skype Mingo, standart Skype tətbiqinin geniş funksiyalı versiyasıdır. Adi funksiya və ünsiyyət (mətn, audio, video) vasitəsilərindən başqa yeni tətbiq, istənilən Android smartfonda standart zəng və ismarıc göndərmə tətbiqini əvəz edir. Çətin ki, "Microsoft öz tətbiqinin ikinci versiyasını bazara boş yerə təqdim edib. Çox güman ki, şirkət yeni tətbiq üçün irimiqyaslı test keçirdəcək. Əgər həmin testlərin nəticələri uğurlu olarsa şirkət adi tətbiqi, Skype Mingo ilə əvəz edəcək. Məsələn "Facebook” və "Google” kimi şirkətlərin öz messencerləri var. Həmin messencerlər isə istənilən vaxtda adi sosial şəbəkə tətbiqlərini əvəz edir. Görünür "Microsoft” da bunu etmək niyyətindədir.