main-post-cover

    Microsoft vacib məhkəmə prosesindən qalib ayrılıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Nyu-York ştatının ikinci bölgə üzrə apellyasiya məhkəməsi qərar çıxardıb ki, Microsoft şirkəti ABŞ hökümətinə ölkə sərhədlərindən kənarda yaşayan istifadəçilərin elektron poçtlarındakı məlumatları təqdim etməyə məcbur deyil. Bu qərar həmçinin 2014-cü ildə məhkəmə tərəfindən qəbul edilmiş qaydaya əsasən şirkətin İrlandiya serverlərindəki istifadəçilərin məlumatlarını hökümətə təqdim etməsini də ləğv edib. Appelyasiya məhkəməsinin hakimi bildirib ki, 1986-cı ildən bəri qüvvədə olan bu qayda yalnız ABŞ daxilində yerləşən serverlərdəki istifadəçilərn məlumatlarına aiddir. Qeyd edək ki, aprel ayında Microsoft şirkəti konstitusiyanı pozduğuna görə ABŞ hökümətini məhkəməyə vermişdir. Şirkətin fikrincə hər hansı bir dövlət orqanı istifadəçinin məlumatlarını əldə etmək istəyirsə şirkət həmin istifadəçiyə bu barədə xəbər verməlidir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər