main-post-cover

    "Microsoft", virtual reallıq əşyalarına toxunmağın yolunu tapıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Virtual reallıq bugünki günün ən aktual trend texnologiyalarından biridir.

    Bu fakt alimləri, insanların virtual əşyalarla qarşılıqlı əlaqə yaratmaları üçün üsulların hazırlanmasına sövq edir.Microsoft Research mütəxəssisləri bunun yolunu tapıblar. Onların yaratdıqları üsul, TexTure TouchNormalTouch idarəetmə cihazlarının çalışması prinsipinə əsaslanır. Bu cihazları əllərində tutan istifadəçi virtual mühitdə sərt əşyaların toxunuşunun imitasiyasını hiss edəcək. NormalTouch cihazı barmaqlara xüsusi ötürücülər vasitəsilə toxunuş effektini verir. Müxtəlif müstəvilərlə hərəkət edən ötürücülər relyef və formanı imitasiya edirlər. Bu cihaz vasitəsilə əşyanın forma və sıxlığını hiss etmək olar. 16 ədəd daha kiçik hərəkət elementlərinə sahib TextureTouch cihazı isə əşyanın dəyişkənliyini daha dəqiq şəkildə ötürür. Hal-hazırda alimlər bu cihazların iş prinsiplərinin dəqiqliyinin nə dərəcədə vacib olması sualını müzakirə edirlər. Belə ki, insan beyni kiçik detalları özü fikirləşə bilir. Bu baxımdan yüksək dəqiqliyə bəzən ehtiyac olmur. Təbii ki, hələki bu texnologiyaların kommersiya məqsədləri barəsində heç bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər