main-post-cover

    "Microsoft", Windows 7-nin dəstəyini dayandıracağı tarixi açıqladı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Microsoft” şirkəti Windows 7-ni artıq köhnəlmiş hesab edir.

    Bununla yanaşı şirkət, sözügedən əməliyyat sisteminin müasir texnologiyalara cavab vermədiyini də qeyd edib. 2020-ci ildə şirkət bu əməliyyat sisteminin dəstəyini tamamilə dayandıracaq. Şirkət, istifadəçilərə, Windows 10 əməliyyat sisteminə keçid etmələrini məsləhət görürlər. Belə ki, bu əməliyyat sistemi "Intel”, "AMD” və "Qualcomm” şirkətlərinin yeni nəsil çiplərini dəstəkləyir. Bir neçə müddət bundan öncə istifadəçilər Windows 10 əməliyyat sistemi ilə bağlı şikayətlərini bildirmişdilər. Belə ki, yenilənmiş versiyanın kodunda səhv var idi. Bu isə internetə olan çıxışda bir çox problemlər yaradırdı. Qeyd etmək lazımdır ki, "Microsoft”, ilkin mərhələdə yeni əməliyyat sisteminin uğursuz olduğunu qəbul edib. Belə ki, şirkət ümid edirdi ki, 2018-ci ilin ortalarına kimi artıq 1 milyard insan yeni əməliyyat sisteminə keçid edəcək. Lakin keçən ilin yay fəslində Windows 10-nun istifadəçi sayı yalnız 350 milyon insan göstəricisi idi.
    Linki kopyala