Microsoft Xbox One konsolunun iki yeni modelini təqdim edib
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
E3 2016 oyun sərgisi çərçivəsində Microsoft tərəfindən
keçirilmiş press-konfrans zamanı şirkət Xbox One konsolunun iki yeni modelini təqdim
edib. Onlardan biri Xbox Scorpio, digəri isə Xbox One S adlanır. Xbox
Scorpio-nun təqdimatı üçün hazırlanmış videoda oyun sənayesinin tanınmış
simaları konsolun sözün əsl mənasında əjdaha cihaz olduğunu təsdiqləyiblər. Bu
arada Xbox Scorpio haqqında gəzən şaiyələr öz təsdiqini tapıb. 6 TFLOPS (yəni
konsol 1 saniyədə 6 trilyon əməliyyat yerinə yetirəcək), yenilənmiş qrafik prosessor,
VR dəstəyi və 4K gaming özəlliyi (yəni 4K video ilə yanaşı 4K formatlı oyunlar).
4K video özəlliyi isə artıq Xbox One S modelində dəstəklənəcək. Xbox Scorpio
2017-ci ilin payız fəslində satışa çıxacaq. Konsolun özünü isə gələn ilin yaz
fəslində göstərəcəklər. Məlumata əsasən Xbox Scorpio oyun sənayesinin ən güclü
konsolu olmalıdır. Gələcəkdə satışa çıxacaq oyunlar həm Xbox One üçün, həm Xbox
One S üçün, həmdəki Xbox Scorpio üçün ayrıca hazırlanacaqlar. Xbox One S (Xbox
One konsolunun slim modeli) modelinə gəldikdə isə o adi Xbox One-dan 40% daha
kiçikdir. Bundan əlavə olaraq artıq qeyd etdiyimiz kimi o 4K video özəlliyini dəstəkləyəcək.
Xbox One S bu il satışa çıxacaq. 500 GB-lıq yaddaş tutumlu konsol $299, 1TB-lıq
yaddaş tutumlu konsol $349, 2 TB yaddaş tutumlu konsol isə $399 qiymətinə
satılacaq. Microsoft həmçinin öz konfransında Xbox Play Anywhere proramına da diqqətini yönəldib. Bundan sonra bir çox oyunlar həm Xbox One həmdəki Windows 10 üçün istehsal
olunacaq. Məsələn Gears of War 4-ü bir dəfə almaqla siz onu həm Xbox One-da həmdəki
Windows 10 dəstəkli PC-də oynaya biləcəksiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ