main-post-cover

    Microsoft yenə möhtəşəm yeniliklər edir.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Microsoft’un rəqəmsal assistenti olan Cortana’nın olduqca bacarıqlı olduğunu hamı bilir. Davamlı olaraq yeni dil öyrənən Cortana bu dəfəki "İnsider" adlı yeniləmə ilə İspanca (Meksika), Portuqalca (Braziliya) və Fransızca (Kanada) dillərini də dəstəkləməyə başlayıb. Əlavə olaraq istifadəçilər üçün daha çox şeyi yadında saxlayan rəqəmli asisstent önəmli məlumatları sizə xatırladacaq. Bununla yanaşı açılma ekranlarında da yeniliklər əlavə olunacaq. Belə ki, hal hazırda istifadə olunan kilid və istifadəçi girişi ekranları iki fərqli arxa plan yerinə, tək halda bir ekranda birləşdirləcək. Bu yeniliklərin isə son istifadəçilər üçün nə zaman gələcəyi barədə heç bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər