main-post-cover

    Microsoft yeni messenger üzərində hazırlıq görür

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Microsoft, Skype Team korporativ messenceri üzərində işlər aparır. Hansı ki, Slack-ın birbaşa rəqibi olması gözlənilir. Bundan əlavə bu yeni tətbiq Office 365-i də dəstəkləyəcək. Mspoweruser verdiyi məlumata görə, bu yeni tətbiq bir çox xüsusiyyətlərinə görə Slack-a oxşayacaq. Bu yeni tətbiq vasitəsilə bir tətbiqdən digərinə keçid etmək çətin olmayacaq. Yəni Skype Teams digər "Microsoft" xidmətlərinə asanlıqla inteqrasiya edə biləcək. Məsələn, PowerPoint, Word və s. İstifadəçilər başqa kanallarda ünsiyyət qurmaqla yanaşı, özəl mesajlar da yaza biləcəklər. Bundan əlavə xüsusi düymə vasitəsilə birbaşa söhbətə daxil olmadan birbaşa mesaj yollamağınız mümkün olacaq. Bu Slack-da olmayan, amma Facebook Comments-də mövcud olan xüsusiyyətdir. Yeni tətbiqdə Skype-ın da xüsusiyyətləri saxlanacaq. İstifadəçilər video çağrılar həyata keçirə biləcəklər. Burda həmçinin fayl göndərmə, mətn məsajlarına GIF, emojiləri The Fun Picker vasitəsilə daxil etmək mümkün olacaq.
    Martda "Microsoft"un Slack-ı 8 milyard dollara alması gözlənilirdi. 2015-ci ildə messencer istifadəçilərinin sayı 3.5 dəfə artdı, şirkətin kapitalı 3.8 milyard dollara çatmışdı.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər