main-post-cover

    "Microsoft" yeni nəsil Surface kompüter seriyasını təqdim etdi (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Microsoft” şirkəti özünün yeni noutbook-u Surface Book-u və stolüstü Surface Studio kompüterini təqdim edib.

    Surface Book noutbooku
    Yeni Microsoft Surface Book dizayn baxımından keçmiş nəsildən heç nə ilə fərqlənmir. Bu, həminki 13.3 inç ekrana və quraşdırıla bilən klaviaturaya sahib planşetdir. Noutbook son model Intel Core i7 Kaby Lake prosessoru ilə təchiz olunub. Şirkət Surface Book-u bu tərz kompüterlər arasında ən güclü olduğunu bildirib. Həmçinin noutbook rekord işləmə müddətinə sahibdir. Belə ki, Surface Book bir şarj olunmadan sonra 16 saat müddətində çalışa bilir. Yeni noutbook ön sifarişlə 26 Oktyabr tarixindən satılacaq. Onun qiyməti isə 2399$ olacaq.
    Surface Book noutbooku
    Surface Book-dan əlavə olaraq şirkət, "Apple”ın iMac-na cavab olaraq stolüstü Surface Studio kompüterini də təqdim edib. Kompüter ən nazik matrisaya sahib (12.5 mm) 28 inç-lik sensorlu ekran ilə təchiz olunub. Surface Studio, 4 nüvəli Intel Core i7 Kaby Lake prosessoru, 32 GB RAM və 2 TB-lıq yaddaş həcminə sahibdir. Qeyd etmək lazımdır ki, bu göstəricilər yalnız ən yüksək göstəricilər olan versiyaya sahib model üçündür. Həmçinin şirkət kompüter üçün Surface Dial cihazını da təqdim edib. Bu, stilus ilə işləmək üçün əlavə idarəetmə cihazıdır. Şirkət bu cihazı təhsil, iş və oyunlar üçün ən rahat cihaz kimi təqdim edir. Kompüter əsasən video və qrafika ilə işləyənlər üçün mükəmməl seçimdir. Ən maraqlısı isə kompüterin qiymətidir. Baza komplektli Surface Studio 3000$-a başa gələcək. Həmin komplektə kompüterin özü (Intel Core i5, 8 GB RAM, 1 TB yaddaş həcmi) klaviatura, mouse, stilus və Dial cihazı daxil olacaq. Kompüterin ön sifarişi 26 Oktyabr tarixindən başlayacaq.
    Surface Studio kompüteri

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər