"Microsoft" yeni Windows-u təqdim etdi

452

"Microsoft” şirkəti yeni nəsil Surface kompüter seriyasından əlavə olaraq həmçinin əməliyyat sisteminin yeni versiyası Windows 10 Creators Update-i də təqdim edib.

Sözügedən yeni əməliyyat sistemi tamamlanmış və virtual reallıqda 3D obyektlərlə işləmək xüsusiyyətini özündə daşıyır. Bu istiqamətdə şirkət həmdə tərəfdaşlar tərəfindən istehsal olunacaq VRAR (tamamlanmış reallıq) cihazlarını da anons edib. Şirkət 3D xüsusiyyətin hamı üçün əlçatan olmasına şərait yaradıb. Əməliyyat sisteminin yeni versiyasında üçölçülü obyektlər ilə işləmək üçün nəzərdə tutulmuş Paint 3D qrafik redaktoru əks olunub. Başqa sözlə desək bu tətbiq 3D ilə çalışmaq üçün Paint-in təkmilləşdirilmiş versiyasıdır. Bundan sonra istifadəçilər tətbiqdə 3D səhnələr yarada biləcəklər. Onlar bunu, obyekti təkcə aşağı-yuxarı və sağa-sola istiqamətləndirməklə deyil, həmdə dərinliyə istiqamətləndirərək edə biləcəklər. Tətbiqdəki yeni alətlərin vasitəsilə istifadəçi hazır 3D obyekt kataloqundan və ya özünün yüklədiyi obyektlərdən istifadə edərək fotolar yarada biləcək. Həmçinin smartfon vasitəsilə realdakı obyekti hər tərəfdən çəkərək onu tətbiqə 3D formatında yükləmək funksiyası da əlavə olunub.

3D dəstəkli qrafik redaktor funksiyası ilə yeni Windows 10 Creators Update kifayətlənmir. Belə ki, 3D funksiyası həmçinin Microsoft Office paketinə və Edge brauzerinə inteqrasiya olunacaq. HoloLens cihazı ilə 3D obyektləri virtual və tamamlanmış reallıqda istifadə etmək mümkün olacaq. Məsələn internet mağazadan hansısa mebeli almamışdan öncə onun 3D modelindən istifadə edərək həmin mebelin sizin evin interyerinə uyub-uymayacağı haqqında öyrənə bilərsiniz. "Microsoft” bildirib ki, onun virtual və tamamlanmış reallıq cihazları "HP”, "Dell”, "Lenovo”, "ASUS” və "Acer” kimi şirkətlər tərəfindən istehsal olunacaq. Onların qiymətləri isə 300$-dan başlayacaq.